Dortmund "Borussiya"sının sabiq baş məşqçisi Edin Terziç karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Offsideplus.az "Transfer News Live" ə istinadən xəbər verir ki, Erik Ten Haqın "Mançester Yunayted"dən göndəriləcəyi təqdirdə onun boş qalan postuna məhz Edin Terziç təyin ediləcək. 

Mənbəyə görə, İngiltərə nəhəngi 41 yaşlı mütəxəssislə danışıqlar aparıb.

Qeyd edək ki, Edin Terziç 2020-2021 və 2022-2024-cü illərdə Dortmund "Borussiya"sında çalışıb.