"Çelsi" rəhbərliyi "Stemford Bric"lə bağlı gələcək planlarına aydınlıq gətirib.
Offsideplus.az "Daily Mail"ə istinadən xəbər verir ki, "zadəganlar" stadionun tamaşaçı tutumunu 55000 nəfərə qədər çatdırmağı və ümumi olaraq burada qalmağı planlaşdırıb.
Qeyd edək ki, daha öncə klubun səhimdarları arasında sözügedən stadiondan köçmək barədə təkliflər irəli sürülmüşdü.