"Mançester Siti"nin idman direktoru Çiki Beqiristayn "şəhərlilər"lə müqaviləsini uzatmayacaq.

Offsideplus.az bu barədə sözügedən klubun rəsmi saytına istinadən məlumat verir. Çikinin klubla müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.

Qeyd edək ki Çiki Beqiristayn "Mançester Siti"də çalışmazdan əvvəl, 2003-2010-cu illərdə "Barselona"nın idman direktoru vəzifəsini icra edib.