"Qalatasaray"a gəlişi böyük əks-səda doğuran və qısa zamanda azarkeşlərin sevimlisinə çevrilən Osimhenlə bağlı transfer iddaları ortaya çıxıb.

Offsideplus.az xəbər verir ki, 2 Premyer Liqa təmsilçisi nigeryalı ulduzla maraqlanır.

"Arsenal" heyətini gücləndirmək üçün Osimhenlə birlikdə 4 futbolçu transfer etmək niyyətindədir. "Topçular" qış transfer dövründə nigeryalı hücumçu üçün "Napoli" ilə danışıqlara başlayacaq.

Həmçinin, xəbərdə "Çelsi"nin Osimhenlə uzun müddətdir maraqlandığı bildirilib. "Zadəganlar"ın hücumçunun transferi üçün "Arsenal"la yarışacağı vurğulanıb.

Qeyd edək ki, "Transfermark"da 100 milyon avro dəyəri olan 25 yaşlı Osimhenin bazar qiyməti son yeniləmələrdən sonra 75 milyona endirildi. Osimhenin hazırda "Qalatasaray"da 2 qol və 2 məhsuldar ötürməsi var.