Bu gün Misli Premyer Liqasında XXXII tura yekun vurulacaq.

Offsideplus.az xəbər verir ki, "Sabah" Masazırda "Neftçi"ni qəbul edəcək.

Görüşün "bayquşlar" üçün əhəmiyyəti olmasa da, "Neftçi" 4-cü yer uğrunda mübarizə aparır.

Qarşılaşmadan sonra 2025/26 mövsümün çempionu "Sabah"a çempionluq kuboku və qızıl medallar təslim ediləcək.

MPL, XXXII tur

17 may (bazar)

18:00. “Sabah” - “Neftçi” 

Hakim: Kamal Umudlu,

“Bank Respublika Arena”