Xabi Alonsonun yaxın günlərdə rəsmən "Çelsi"nin yeni baş məşqçisi olacağı gözlənilir.

Offsideplus.az xəbər verir ki, London klubu cəmi 107 gün davam edən uğursuz fəaliyyətindən sonra istefaya göndərilən Liam Rozeniorun yerinə yeni mütəxəssis axtarışındaydı.

Yaxın vaxtlarda rəsmi açıqlamanın veriləcəyi və 44 yaşlı Alonsonun Premyer Liqa təmsilçisi ilə dördillik müqavilə imzalayacağı gözlənilir.

"Liverpul"un sabiq yarımmüdafiəçisi "Çelsi" ilə müqaviləsinin son detallarını müzakirə etmək üçün bu həftənin əvvəlində Londona səfər edib.