Bolqarıstanın Samokov şəhərində yeniyetmələrin (U-17) Avropa birinciliyi davam edir.
Offsideplus.az xəbər verir ki, bu gün Azərbaycanın beş sərbəst güləşçisi medal qazanıb: Hüseyn Rzazadə (48 kq) və Nihad Süleymanlı (80 kq) Avropa çempionu olublar.
Rəşid Nəzərov (65 kq) finalda məğlub olaraq gümüş, Abbas Şafiyev (55 kq) və Hakim Tağıyev (110 kq) isə bürünc medala sahib çıxıblar.
Bu gün, həmçinin daha beş gənc sərbəst güləşçimiz xalça üzərinə çıxıb: Tunar Həsənov (45 kq), İbrahim Həsənov (51 kq), Vahid Məmmədov (60 kq), Tunar Quliyev (71 kq) və Elgün Kərimli (92 kq).
Onlardan İbrahim Həsənov finala yüksəlməyi bacarıb. Tunar Həsənov, Vahid Məmmədov və Elgün Kərimli 1/4 finalda, Tunar Quliyev isə startda məğlub olublar.
Hazırda Azərbaycan millisinin aktivində 13 (3 qızıl, 4 gümüş, 6 bürünc) medal var.
Qeyd edək ki, turnirə sabah yekun vurulacaq.


