Karyerasını Bolqarıstanda davam etdirən Azərbaycan yığmasının üzvü Cəlal Hüseynov növbəti qolunu vurub.

Offsideplus.az xəbər verir ki, "Arda"da çıxış edən 23 yaşlı futbolçu komandasının "Lokomotiv"lə (Plovdiv) oyununda matçın 51-ci dəqiqəsində fərqlənib və görüşdə son nöqtəni qoyub.

"Arda" görüşdən 4:0 hesablı qələbə ilə ayrılıb.

Bu, Cəlalın son iki görüşdə üçüncü qolu olub.

Həmin qarşılaşmanın icmalını sizə təqdim edirik: