“Sabah” basketbol klubu baş məşqçi Rimas Kurtinaytis ilə vidalaşıb.

Offsideplus.az xəbər verir ki, klub və litvalı mütəxəssis arasında əməkdaşlıq qarşılıqlı razılıq əsasında başa çatıb. 

Rimas Kurtinaytisin rəhbərliyi altında "bayquşlar" ardıcıl üç dəfə ölkə çempionu olub. Tərəflər qarşıdakı dövrdə məşqçinin kişilərdən ibarət basketbol üzrə Litva milli komandasındakı fəaliyyətinə daha çox diqqət ayırmaq istəyini nəzərə alaraq, əməkdaşlığın başa çatdırılması barədə qarşılıqlı razılığa gəliblər.