Misli Premyer Liqasının XXXII turunda "Qarabağ" "İmişli"ni 3:0 hesabı ilə məğlub edib. 

Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyunu şərh edib: 

"Futbolçularımı vacib qalibiyytə görə təbrik edirəm. Avropa Liqasında iştirak üçün vacib qələbə idi. Qarşımızda yaxşı müdafiə olunan, yaxşı əks-hücumə keçən komanda var idi. Hesab 3:0 olsa da, hər şey bizim üçün tam qaydasında getdi deməzdim. Futbolçularımdan razı qaldım, motivasiyaları aşağı olsa da qələbə qazandıq. Yaxşı bir qalibiyyət əldə edə bildik. Son ev oyunumuz idi. Bütün stadionda olan hər kəsə təşəkkür edirəm. "İmişli" komandasına da təşəkkürlər düşür, ilk dəfə PL-də mübarizə aparsalar da, yaxşı qalibiyyətlər, nəticələr əldə etdilər. "İmişli" komandasına da qarşıdakı mövsümdə uğurlar arzulayıram".

Q.Qurbanov "Qarabağ" ilə adı hallanan futbolçular barədə bu sözləri deyib: "Kimsə ilə razılığa gəlməmişik. Çox futbolçular ilə danışıqlar gedir. Bəziləri mövsümün sonunu gözləyir, bəziləri fikirləşirəm dyeir. Lakin dəqiq bir şey yoxdur".

Mütəxəssis B.Hüseynovun komandada qalacağını açıqlayıb:

"Bədavi böyük ehtimal komandada qalacaq. Bizim kapitanımızdır, həm də son oyunda yaxşı bir performans göstərdi. Hələ ki, digər oyunçulara gəlincə, danışıqlara başlamamışıq".