Misli Premyer Liqasının XXXII turunda "İmişli" "Qarabağ"a 0:3 hesabı ilə uduzub.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında İmişli təmsilçisinin baş məşqçisi Jorj Kaşkilya matç ilə bağlı fikirlərini bölüşüb:
"Azarkeşlərə təşəkkür etmək istəyirəm. çox idilər, uzun yol gəlib, bizə dəstək oldular. Təəssüflər olsun ki, istədiyimiz nəticəni əldə edə bilmədik. Son oyunda çalışacağıq ki, yaxşı nəticə olsun. Birinci hissə bərabər keçdi, iki komanda da hücum edirdi. Bəli bir nömrə kimi meydanda "Qarabağ" idi, lakin komandamız əks-hücumlarla önə çıxmağa çalışırdı. Zədələrimizə baxmayaraq, heyətdən 3 oyunçumuz zədəlidir və onlar müdafiədəndir. Buna baxmayaraq birinci hissədə müdafiəmiz yaxşı çıxış etdi. İkinci hissəyə gəlincə, ilk qolu tez buraxdıq. Bu da komandaya çətinliklər yaratdı. Buna baxmyaraq, komandamız qolu tapmağa çalışırdı. Penaltidən sonra konsentrasiyadan yayındıq. "Qarabağ"ı Avropa Liqasına vəsiqə qazanmağı münasibətilə təbrik edirəm. Gördüyünüz kimi ikinci hissədə gənc, yerli oyunçuları buraxdıq. Onlar üçün bu cür böyük komandalara qarşı onamaq, təcrübə almaq çox vacibdir. Mövsümün bitməsinə 3 tur qalmış məqsədlərimizə artıq nail olmuşuq. Gələn oyunlarda da gənc futbolçularımızdan istifadə etməyə çalışacağıq".
Mütəxəssis gələcək karyerası barədə bu sözləri deyib:
"Mediada barəmdə çıxan xəbərlər düzgün xəbərlər deyil. Ancaq dəqiq olan budur ki, diqqətim mövsümün sonuna qədər "İmişli" ilə olacaq, sonra isə Portuqaliyaya yollanacam".


