"Qalatasaray" klubunun prezidenti Dursun Özbek Mauro İkardi ilə görüş keçirib.

Offsideplus.az xəbər verir ki, argentinalı hücumçu ilə aparılan danışıqlar müsbət yekunlaşıb.

"Qalatasaray" rəhbərliyi İkardinin meneceri ilə bir araya gələrək ortaq məxrəcə gəlməyi və futbolçunun müqavilə müddətini uzatmağı planlaşdırır.

Qeyd edək ki, 33 yaşlı futbolçu 2022-ci ildən "Qalatasaray"da çıxış edir. O, İstanbul nəhənginin heyətində 133 oyuna 77 qol vurmağı bacarıb.