İngiltərə Kubokunun (FA Cup) finalında "Mançester Siti" "Çelsi"ni 1:0 hesabı ilə məğlub edərək titula sahib çıxıb.
Offsideplus.az xəbər verir ki, "şəhərlilər" son iki finalda məğlub olsalar da, bu qələbə ilə 2023-cü ildən sonra ilk dəfə kuboku başları üzərinə qaldırmağı bacarıblar.
Qarşılaşmaya topa sahib olma üstünlüyü ilə başlayan Pep Qvardiolanın komandası ilk hissədə Antuan Semenyo, Omar Mərmuş və Rodri ilə təhlükəli vəziyyətlər yaratsa da, rəqib qapıçısı Robert Sançesi ciddi sınağa çəkə bilməyib. 27-ci dəqiqədə Mateus Nunesin ötürməsindən sonra Erlinq Haland topu tora qovuşdursa da, qol ofsayd səbəbindən ləğv edilib. İlk hissənin sonlarında Halandın qüvvətli zərbəsini isə Sançes çətinliklə dəf edib.
İkinci hissəyə Rayan Şerkinin meydana daxil olması ilə başlayan "Mançester Siti" hücumlarını daha da kəsirləndirib və axtardığı qolu taparaq kubokun qalibi olub.
Onlar 8-ci dəfə bu titulu muzeyinə aparacaq.


