Mayın 17-də baş tutacaq "Sabah" - "Neftçi" oyununa 4000 bilet satılıb.

Offsideplus.az xəbər verir ki, bu barədə Masazır təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Matçdan sonra 2025/26 mövsümünün çempionu olan "Sabah"a çempionluq kuboku və qızıl medallar təqdim ediləcək.

Qeyd edək ki, görüş sabah, Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.