"Reysinq Bulls" komandasının rəhbəri Alan Permeyn pilotları Liam Lousonun ötən mövsüm "Red Bull"da yaşadığı uğursuzluqdan sonrakı çıxışını dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, komandanın onun ümumi performansından razı olduğunu bildirən Permeyn, lakin sürücünün səhvlər üzərində işləməli və sabitlik qazanmalı olduğunu vurğulayıb:
"Liamın mövsümə komanda ilə birlikdə başlaması ona böyük kömək oldu. Onu ötən mövsümlə müqayisə etmək mənasızdır, çünki o vaxt cəmi gün yarım sınaq yürüşü keçmişdi, iki dəfə yarışa pit-leyndən başlamışdı və ardınca komandasını dəyişməli olmuşdu. Bundan daha çətin şərait təsəvvür etmək qeyri-mümkündür.
Louson çox istedadlı pilotdur və ötən il bəzi yarışlarda möhtəşəm çıxış etdi. Lakin onun hazırda üzərində işlədiyi əsas məsələ səhvləri minimuma endirməkdir. Bir həftə sıralanma turunda 3-cü olub, növbəti həftə birinci seqmentdə (Q1) mübarizəni dayandırmaq olmaz. Liam özü də bunu çox yaxşı başa düşür".


