Misli Premyer Liqasında XXXII tura bu gün yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, "Zirə" 'Sumqayıt"ı qəbul edəcək.
Kubokun finalında məğlub olan "qartallar" avrokuboklara yollanmaq üçün mütləq 4-cü yeri tutmalıdır.
Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
MPL, XXXII tur
17 may (bazar)
18:00 “Zirə” – “Sumqayıt”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Zirə İdman Kompleksinin stadionu


