"Çelsi" klubu "Real Madrid" və "Bayer Leverkuzen"in sabiq baş məşqçisi Xabi Alonsonun bu vəzifəyə təyin olunduğunu rəsmən təsdiqləyib.
Offsideplus.az xəbər verir ki, klubun yaydığı rəsmi bəyanatda qeyd olunub:
"Çelsi" Futbol Klubu Xabi Alonsonun kişi komandamızın baş məşqçisi təyin olunduğunu elan etməkdən məmnunluq duyur.
İspaniyalı mütəxəssis, ‘Stamford Bric’də dördillik müqaviləyə imza ataraq, bu vəzifənin icrasına 2026-cı il iyulun 1-dən başlayacaq".


