İtaliya A Seriyasında çempion məlum olsa da, Çempionlar Liqasına getmək uğrunda gərgin mübarizə gedir.
Offsideplus.az xəbər verir ki, bu mübarizədə "Yuventus" geri düşüb. Onlar evində "Fiorentina"ya məğlub olub - 0:2.
"Napoli" isə səfərdə "Piza"ya 3:0 hesabı ilə qalib gələrək növbəti mövsüm Çempionlar Liqasında iştirak etməyi təmin edib.
"Komo" "Parma"ya (1:0), "Milan" "Cenoa"ya (2:1) qalib gəlib.
Paytaxt derbisində isə sevinən "Roma" olub" "Canavarlar" "Latsio"nu 2 cavabsız qolla məğlub edib.
Beləliklə, son tur öncəsi turnir cədvəlində vəziyyət belədir:
1. "İnter" - 85 xal.
2. "Napoli" - 73 xal.
3. "Milan" - 70 xal.
4. "Roma" - 70 xal.
5. "Komo" - 68 xal.
6. "Yuventus" - 68 xal.
Qeyd edək ki, ilk 4 yeri tutan komanda növbəti mövsüm İtaliyanı Çempionlar Liqasında təmsil edəcək.


