Misli Premyer Liqasında 2025/26 mövsümünün bütün medalçılarının əyarı dəqiqləşib.

Offsideplus.az xəbər verir ki, ilk çempionluğunu qazanan "Sabah"ın ardından "Qarabağ" və "Turan Tovuz"un da yerləri XXXII turda rəsmiləşib.

"İmişli"ni 3:0 hesabı ilə məğlub edən "Qarabağ" gümüş medalları təmin edərək UEFA Avropa Liqasının I təsnifat mərhələsinə vəsiqə qazanıb. Səfərdə "Şamaxı"ya 2:3 hesabı ilə uduzan "Turan Tovuz" isə bürünc medala sahib çıxıb. Qərb təmsilçisi ölkəmizi UEFA Konfrans Liqasının II təsnifat mərhələsində təmsil edəcək.

Beləliklə, ötən mövsümün mükafatçılarından yalnız "Qarabağ" yerini qoruyub. "Sabah" fasilədən sonra "üçlüy"ə qayıdıbsa, "Turan Tovuz" tarixində ilk dəfə medal qazanıb. 

Premyer Liqanın bütün mükafatçıları:

Mövsüm Çempion II yer III yer

1992 Neftçi (Bakı) Xəzər (Sumqayıt) Turan (Tovuz)

1993 Qarabağ (Ağdam) Xəzər (Sumqayıt) Turan (Tovuz)

1993/94 Turan (Tovuz) Qarabağ (Ağdam) Kəpəz (Gəncə)

1994/95 Kəpəz (Gəncə)Turan (Tovuz) Neftçi (Bakı)

1995/96 Neftçi (Bakı) Xəzri (Buzovna) Kəpəz (Gəncə)

1996/97 Neftçi (Bakı) Qarabağ (Ağdam) Xəzri (Buzovna)

1997/98 Kəpəz (Gəncə) Dinamo (Bakı) Şəmkir

1998/99 Kəpəz (Gəncə) Şəmkir Neftçi (Bakı)

1999/2000 Şəmkir Kəpəz (Gəncə) Neftçi (Bakı)

2000/01 Şəmkir Neftçi (Bakı) Viləş (Masallı)

2001/02 Yarımçıq qalıb

2002/03 Keçirilməyib

2003/04 Neftçi (Bakı) Şəmkir Qarabağ-Azərsun (Ağdam)

2004/05 Neftçi (Bakı) Xəzər-Lənkəran Karvan (Yevlax)

2005/06 Bakı Karvan (Yevlax) Neftçi (Bakı)

2006/07 Xəzər-Lənkəran Neftçi (Bakı) Bakı

2007/08 İnter (Bakı) Olimpik (Bakı) Neftçi (Bakı)

2008/09 Bakı İnter (Bakı) Simurq (Zaqatala)

2009/10 İnter (Bakı) Bakı Qarabağ (Ağdam)

2010/11 Neftçi (Bakı) Xəzər Lənkəran Qarabağ (Ağdam)

2011/12 Neftçi (Bakı) Xəzər Lənkəran İnter (Bakı)

2012/13 Neftçi (Bakı) Qarabağ (Ağdam) İnter (Bakı)

2013/14 Qarabağ (Ağdam) İnter (Bakı) Qəbələ

2014/15 Qarabağ (Ağdam) İnter (Bakı) Qəbələ

2015/16 Qarabağ (Ağdam) Zirə (Bakı) Qəbələ

2016/17 Qarabağ (Ağdam) Qəbələ İnter (Bakı)

2017/18 Qarabağ (Ağdam) Qəbələ Neftçi (Bakı)

2018/19 Qarabağ (Ağdam) Neftçi (Bakı) Səbail (Bakı)

2019/20 Qarabağ (Ağdam) Neftçi (Bakı) Keşlə (Bakı)

2020/21 Neftçi (Bakı) Qarabağ (Ağdam) Sumqayıt

2021/22 Qarabağ (Ağdam) Neftçi (Bakı) Zirə (Bakı)

2022/23 Qarabağ (Ağdam) Sabah (Bakı) Neftçi (Bakı)

2023/24 Qarabağ (Ağdam) Zirə (Bakı) Sabah (Bakı)

2024/25 Qarabağ (Ağdam) Zirə (Bakı) Araz-Naxçıvan

2025/26 Sabah (Bakı) Qarabağ (Ağdam) Turan Tovuz