"Mançester Yunayted" və "Çelsi" "Tottenhem"in futbolçusu Harri Keyni transfer etməkdə israrlıdır.
Offsideplus.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Nikolo Şkira "tvitter"də məlumat verib. Mənbəyə görə, "qırmızı şeytanlar" əvvəldən məlum olduğu kimi danışıqları davam etdirir. "Zadəganlar" isə yeni baş məşqçi Maurisio Poçettinonun təyin olunacağı halda, ingiltərəli hücumçunu heyətinə qatmağa çalışacaq. Çünki, argentinalı mütəxəssis keçmiş futbolçusunu komandada görməkdə istəklidir.
Xəbərə görə, "Tottenhem" 29 yaşlı futbolçu üçün 120 milyon avro tələb edir. Klub rəhbərliyi onun İngiltərə xaricində olan komandalara satılmasının tərəfdarıdır.
Qeyd edək ki, Harri Keynin klubla müqaviləsi 2024-cü ildə başa çatır.