Bir müddət əvvəl İngiltərə mətbuatında məlumat yayılmışdı ki, “Çelsi”nin sahibi Roman Abramoviç “Barselona”nın sabiq baş məşqçisi Luis Enrikeni Antonio Kontenin yerinə gətirəcək.
Baş məşqçi postunda dəyişikliyin mövsümün sonunda baş verəcəyi bildirilirdi.
Offsideplus.az xəbər verir ki, son məlumata görə, “Çelsi” rəhbərliyi bu plandan imtina edib. Səbəb isə ispan mütəxəssisin şərtləridi. “Çelsi”onun şərtlərini yerinə yetirə bilməyib. Enrike həddindən artıq çox məvacib tələb edib - 18,7 milyon avro.
Enrike “Barselona”da məhz bu qədər məvacib alırdı və onu London klubundan da tələb edib. Kontenin “Çelsi”dəki məvacibi isə 10 milyon avrodu.
Məlumata görə, “Çelsi” rəhbərliyi indi də diqqəti “Napoli”nin baş məşqçisi Mauritsio Sarriyə yönəldib.