"Barselona"nın sabiq baş məşqçisi Luis Enrike bu qış "Çelsi"də işləməyi düşünmür.
Offsidepluss.az xəbər verir ki, o, mövsümün sonuna kimi istrahət etməyə qərar verib. L.Enrikenin ancaq yayda London klubunu çalışdırmağa müsbət baxdığı bildirilib.
Gözlənilir ki, "Çelsi" rəhbərliyi komandanın hazırkı baş məşqçisi Antonio Konteyə vəziyyəti düzəltmək üçün mövsümün sonuna kimi vaxt verəcək. Bir dəyişiklik olmayacağı təqdirdə, yayda Enrike ilə yenidən danışıqlara başlanılacaq.
Qeyd edək ki, "Çelsi"nin sahibi Roman Abramoviçin Konteni istefaya göndərməyi planlaşdırdığı, boş qalan baş məşqçi vəzifəsinə L.Enrikeni gətirmək istədiyi iddia olunurdu.