Joao Pereyra üçün 8 oyun kifayət etdi.
Offsideplus.az xəbər verir ki, "Sportinq" baş məşqçi Pereyra ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliya təmsilçisini 8 matça çıxaran mütəxəssis 3 qələbə, 1 bərabərlik və 4 məğlubiyyətlə üzləşib.
Qeyd edək ki, komandanın daha öncə çalışdırıcısı Ruben Amorim olub.