"Benfika" icarə əsasında heyətinə cəlb etdiyi Renato Sançez ilə bağlı qərar verib.
Offsideplus.az xəbər verir ki, Portuqaliya nəhəngi növbəti mövsüm də 27 yaşlı oyunçu ilə yoluna davam etmək istəyir. Bu barədə "Record" nəşri məlumat yayıb.
PSJ-dən icarəyə götürülən təcrübəli yarımmüdafiəçinin müqaviləsində 10 milyon avroluq satınalma şərti də mövcuddur.
Qeyd edək ki, ötən ilin avqustunda komandaya cəlb edilən Renatonun mövsümün sonunda icarə müddəti başa çatacaq.