"Sportinq"in ulduz futbolçusu Premyer Liqa nəhənginin "radarı"na düşüb.

Offsideplus.az xəbər verir ki, "Nyukasl" Viktor Gyökeresi heyətinə cəlb etmək niyyətindədir. Bu barədə "transferdot.com" məlumat yayıb.

İngiltərə klubunun yay "transfer pəncərəsi"ndə portuqallara təklif göndərəcəyi gözlənilir.

Qeyd edək ki, isveçli hücumçu 2024/25 mövsümündə "Sportinq" forması ilə 41 oyuna çıxıb və 40 qola, 10 məhsuldar ötürməyə imza atıb.