Bakının "Neftçi" klubu Azərbaycan çempionatlarında artıq 14 oyundur "Qarabağ"a qalib gələ bilmir.
Offsideplus.az xəbər verir ki, bununla bağlı PFL-in rəsmi saytı statistika hazırlayıb.
Bu komandalar 3 gündən sonra, Misli Premyer Liqasının növbəti turunda üz-üzə gələcəklər. Turun mərkəzi görüşü ərəfəsində məlum olub ki, "Qarabağ" ardıcıl 7 oyundur "Neftçi"ni məğlub edir. Özü də bu qələbələrin axırıncı dördü böyükhesablı olub - 4:1, 5:0, 4:0, 3:0.
Misli Premyer Liqasının XXII turundan öncə digər maraqlı statistik göstəriciləri nəzərinizə çatdırırıq.
15 fevral (şənbə)
“Sumqayıt” – “Zirə” – 37 oyun, +6=11-20, top fərqi – 23-50
“Zirə” 17 oyundur uduzmur. “Sumqayıt” son 8 ev matçında qol vurmayıb.
16 fevral (bazar)
“Turan Tovuz” – “Araz-Naxçıvan” – 6 oyun, +4=0-2, top fərqi – 10-4
“Turan Tovuz” bütün ev qarşılaşmalarında qol vurub. “Araz-Naxçıvan” son iki 2 görüşdə qələbə qazanıb.
“Neftçi” – “Qarabağ” – 97 oyun, +23=31-43, top fərqi – 84-136
“Qarabağ” ardıcıl 7 qələbə qazanıb ki, bunlardan sonuncu 4 matç böyük hesabla nəticələnib. “Neftçi” 14 görüşdür qalib gəlmir.
17 fevral (bazar ertəsi)
“Kəpəz” – “Şamaxı” – 36 oyun, +9=9-18, top fərqi – 36-59
“Şamaxı” son 5 səfər matçında qol vurub. Son üç qarşılaşmada qonaq olan komanda uduzmayıb.
“Səbail” – “Sabah” – 25 oyun, +7=5-13, top fərqi – 21-38
Son üç oyunda “Sabah” qalib gəlib. “Səbail” son 4 ev matçının hərəsində 2 qol vurub.