UFC-nin tanınmış şərhçisi Con Anik yüngül çəkidə Castin Geyci ilə İliya Topuriya arasında revanş döyüşünün keçirilməsi ehtimalından danışıb. O bildirib ki, təşkilat daxilində bu qarşılaşmanın təşkili ilə bağlı danışıqlar aparılır və onun proqnozuna görə, revanş baş tutacaq.
Offsideplus.az xəbər verir ki, iyun ayında keçirilən UFC turnirində Castin Geyci İliya Topuriyanı dördüncü raundda texniki nokautla məğlub edərək yüngül çəki üzrə çempion olub. Anik bu revanşın böyük hadisəyə çevriləcəyini vurğulayıb.


