"Turan Tovuz" Premyer Liqada doğma meydanda 100-cü qolunu vurub.

Offsideplus.az xəbər verir ki, yubiley topuna Xorxe Silva imza atıb. O, Misli Premyer Liqasının IV turunda "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldikləri matçda fərqlənib.

Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Tovuz təmsilçisi 73-cü ev oyununda bu göstəriciyə çatan 24-cü komanda olub.

Xatırladaq ki, klubun çempionatdakı ilk ev qolunu 2022-ci il sentyabrın 9-da "Kəpəz"ə (2:0) Runi Eva vurub.