"Sabah"ın hücumçusu Coy-Lens Mikels Azərbaycan çempionatları tarixində yüksək dəstədə ən çox qol vuran legioner adını Georgi Adamiya ilə bölüşür.

Offsideplus.az xəbər verir ki, almaniyalı forvard Misli Premyer Liqasının IV turunda "Zirə"yə 5:0 hesabı ilə qalib gəldikləri matçda het-trik edərək Azərbaycan çempionatlarındakı qol sayını 61-ə çatdırıb.

O, 2021/2022 mövsümündən bəri çıxış etdiyi "Sabah"da keçirdiyi 113 qarşılaşmada bu göstəriciyə nail olub.

Qeyd edək ki, Badri Kvaratsxeliya və Filip Ozobiç daha çox qol vursalar da, onlar Azərbaycan millisində çıxış etdikləri üçün bu siyahıda yer almırlar. Mikels həmçinin vurduğu 10 penaltinin 9-nu dəqiq yerinə yetirib.