Tanınmış marokkolu futbolçu Hakim Ziyeş karyerasını Braziliyanın "Botafogo" klubunda davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 33 yaşlı vinger yaxın günlərdə Braziliyaya gedəcək və Rio-de-Janeyro təmsilçisi ilə müqavilə imzalayacaq. O, ötən mövsüm "Vidad" klubunda çıxış edib və azad agent kimi ayrılıb. Ziyeş daha əvvəl "Çelsi", "Ayaks" və "Qalatasaray"da da oynayıb.