"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik Premyer Liqanın 3-cü turunda "Everton"la heç-heçə (2:2) başa çatan matçı şərh edib.
Offsideplus.az xəbər verir ki, mütəxəssis 96-cı dəqiqədə buraxılan qol üzündən qələbənin əldən çıxmasından təəssüfləndiyini bildirib:
"Oyunda bizim üçün çoxlu müsbət məqamlar var idi. Yaxşı futbol oynadıq, zaman-zaman çox təhlükəli idik və müdafiədə də pis təsir bağışlamadıq. Lakin matçın sonlarına yaxın rəqibin cərimə meydançamıza çox yaxınlaşmasına imkan verdik və işimizi çətinləşdirən mübahisəli qərarlar qəbul etdik. Hər halda oyunu qələbə ilə bitirməli idik. Qələbə qazana bilmədiyimiz üçün məyusuq".
Kerrik buraxılan qollar və oyunun gedişatı haqqında da danışıb:
"Dürüst olsam, rəqibin vurduğu hər iki qol möhtəşəm zərbə idi. Onlara real qol epizodları yaratmağa imkan vermədik. Səhvlərin təfərrüatına varmaq istəmirəm, amma nəticəni qorumalı idik. İkinci qolumuz bizə qələbə gətirməli idi".


