"Barselona"nın müdafiəçisi Erik Qarsiya La Liqada "Valensiya" ilə oyunda burun sümüyünü yenidən sındırıb.

Offsideplus.az xəbər verir ki, qarşılaşmanın 25-ci dəqiqəsində Rodri cərimə meydanında mübarizə zamanı təsadüfən başı ilə Qarsiyanın üz nahiyəsinə zərbə endirib. Nəticədə Erikdə qanaxma başlayıb və o, meydanı tərk edib. Onun əvəzinə Jül Kunde oyuna qoşulub.

Diario Sport-un məlumatına görə, Qarsiyanın burun sümüyündə qırıq aşkarlanıb. Yaxın günlərdə ona əməliyyatın lazım olub-olmadığı müəyyənləşəcək.

Qarsiya bu cür zədəni 2025-ci ilin noyabrında Çempionlar Liqasında "Brügge" ilə matçda da almışdı və həmin vaxt əməliyyata ehtiyac qalmamışdı.