Yoxlama oyunlarında Avropanın aparıcı klubları güclərini sınayıb. "Olimpiakos" səfərdə "Srvena Zvezda" üzərində inamlı qələbə qazanıb, "Fənərbaxça" isə "Olimpia Milano"nu gərgin sonluqda məğlub edib. Digər qarşılaşmalarda "Barselona" əlavə vaxtda "Andorra"nı üstələyib, "Jalgiris" "Sabah"ı məğlub edib.
Offsideplus.az xəbər verir ki, sentyabrın 6-da keçirilən yoxlama oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
"Andorra" – "Barselona" 96:101 (əlavə vaxtda)
"Joventut" – "Ulm" 72:66
"Jalgiris" – "Sabah" 112:78
"Bavariya" – "Bamberg" 98:67
"Olimpia Milano" – "Fənərbaxça" 79:81
"Srvena Zvezda" – "Olimpiakos" 77:87
PAOK – "Napoli" 100:74


