Niderland futbolunun əfsanəsi Rud Qullit "Milan" və "Yuventus"un bu mövsüm Çempionlar Liqasında yox, Avropa Liqasında çıxış edəcəyinə görə məyusluğunu ifadə edib.
Offsideplus.az xəbər verir ki, Qullit bəzi komandaların Çempionlar Liqasının ruhunu daşıdığını bildirib: "Bu, həqiqətən məyusedicidir – bəzi klubların qanında bu turnir var. Ötən mövsüm "rossoneri" finala yaxın idilər, lakin həlledici anda aylarla çəkən zəhməti puç etdilər. Ümid edirəm ki, onları yaxın vaxtlarda yenidən zirvədə görəcəyik, amma bunun üçün meydanda düzgün qərar verə bilən oyunçular lazımdır".


