Amerikalı basketbolçu Delonte Uest maraqlı xatirəsini bölüşüb. O bildirib ki, LeBron Ceyms onu "Klivlend Kavalers"ə birbaşa oyun zamanı dəvət edib.
Offsideplus.az xəbər verir ki, Uest həmin hadisəni belə xatırlayıb: "Biz Sietldə "Klivlend"lə qarşılaşırdıq, mövsümün ilk ayı idi və mən çox yaxşı oynayırdım. Yadımdadır, cərimə atışı xəttində dayanmışdıq və LeBron Ceyms mənə dedi: 'Mən səni hələ kollec illərindən izləyirdim. Xatırlayırsan, Filadelfiyaya sənin oyununa baxmağa gəlmişdim?' Mən də cavab verdim ki, bəli, xatırlayıram. Sonra o soruşdu: 'Klivlendə keçmək istərdin?' Mən əvvəlcə bunun sadəcə təcrübəli oyunçunun diqqətimi yayındırmaq üçün etdiyi bir söhbət olduğunu düşündüm. Amma o, tam ciddi idi və həqiqətən də məni "Klivlend"ə dəvət etdi". Qeyd edək ki, Delonte Uest 2008-ci ilin fevralında "Klivlend Kavalers"ə transfer olunub və bu komandanın heyətində iki yarım mövsüm çıxış edib, pley-offda isə 38 oyunda iştirak edib.


