"Qolden Steyt Uorriors"un təcrübəli oyunçusu Draymond Qrin, "Portland Treyl Bleyzers"in ulduzu Deymian Lillardın məşq zamanı üçxallı atışlardakı nəticəsinə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, o, Lillardın 1168 üçlükdən 1100-nü dəqiq yerinə yetirməsini heyrətlə qarşılayıb:
"Heç vaxt kiminləsə 1168 atışdan 1100-nü dəqiq yerinə yetirdiyini görməmişəm. Hətta Stefen Karrinin belə 1100 dəfə atış etdiyini izləmək istəmərəm. Deym mütləq formada olmalı və zədədən sonra ayaqlarını bərpa etməlidir. Amma o, tam hazır olanda düşünmürəm ki, liqa Deymianın göstərəcəyi səviyyədə atışlara hazır olsun", – deyə Qrin öz podkastında bildirib.


