UEFA Millətlər Liqasının 1/4 final mərhələsində Danimarka yığmasına qarşı cavab görüşündə (5:2) fərqlənən Portuqaliya milli komandasının üzvü Kriştiano Ronaldu qeyri-adi göstəricidə liderliyini davam etdirir.
Offsideplus.az xəbər verir ki, dünya ulduzu 30 yaşdan sonra yığmada vurduğu qolların sayını 84-ə çatdırıb.
Hazırda 40 yaşı olan hücumçunun bu göstəricidə tayı-bərabəri yoxdur. Ronaldunun 30 yaşdan sonra vurduğu qolların sayı bir çox məşhur futbolçuların bütün karyeraları ərzində milli komandadakı göstəricilərindən çoxdur.
Neymar (79), Pele (77), Miroslav Kloze (71), Harri Keyn( 71), Didye Droqba (65) kimi ulduzlar portuqaliyalı futbolçudan açıq-aşkar geri qalırlar.
Qeyd edək ki, Ronaldu indiyədək rəsmi matçlarda 929 dəfə rəqib qapılarına yol tapıb. Onun məqsədi 1000 qol həddinə çatmaqdır.