"Biz qələbəyə layiq deyildik. Hesab edirəm ki, bu, bizim üçün faciədir".

Offsideplus.az xəbər verir ki, bu sözləri Ukrayna futbol yığmasının baş məşqçisi Sergey Rebrov deyib. 

Onun komandası dünən UEFA Millətlər Liqasının A Liqasına keçid oyununda Belçikadan ağır məğlubiyyət alıb - 0:3. Ukraynalılar ilk görüşdə 3:1 hesablı qələbə qazansalar da, cavab matçında, xüsusilə son 20 dəqiqədə rəqibə təslim olublar.

S.Rebrov bundan sonra bütün diqqəti dünya çempionatının (DÇ-2026) seçmə mərhələsinə yönəldəcəklərini bildirib: "Komanda üzvlərinin hamısı məyusdur. İndi diqqəti dünya çempionatının seçmə oyunlarına cəmləmək vacibdir. Qarşıda yığmaya namizədləri yoxlaya biləcəyimiz cəmi 2 yoldaşlıq görüşü var. Məqsədimiz dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaqdır".

Qeyd edək ki, Ukrayna yığması seçmə mərhələnin D qrupunda Azərbaycan, Fransa və İslandiya ilə D qrupunda yer alıb. Azərbaycan və Ukrayna arasında görüşlər bu il sentyabrın 9-da (bizim üçün ev matçı) və oktyabrn 13-də (səfər oyunu) baş tutacaq.

BU DA MARAQLIDIR:

Mbappe Bakıya gələcək