Futbol üzrə Rusiya milli komandası özünə yeni rəqib tapıb.
Offsideplus.az xəbər verir ki, Valeri Karpinin rəhbərlik etdiyi kollektiv İran yığması ilə yoldaşlıq keçirəcək.
Oyun bu il oktyabrın 6-da baş tutacaq. Dünən dünya çempionatının final mərhələsinə vəsiqəni təmin edən İran komandası üçün bu matç qarşıdakı yarışa hazırlıq xarakteri daşıyacaq.
Qeyd edək ki, 2022-ci ilin fevralından bəri Rusiyanın Ukraynaya hərbi hücumundan sonra FIFA və UEFA bu ölkənin bütün komandalarının rəsmi oyunlar keçirməsinə qadağa qoyub. Məcburiyyət qarşısında qalan şimal qonşularımız bu illər ərzində Suriya, Bruney, Vyetnam, Kuba, Qrenada, Zambiya kimi komandalarla üz-üzə gəliblər.