Azərbaycan mili komandasının futbolçusu Anton Krivotsyukun şərəfini qoruduğu Cənubi Koreyanın "Daejeon Hana" klubu növbəti oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, "Quanqju"ya qarşı doğma meydançada keçirilən matç heç-heçə nəticələnib - 1:1.

26 yaşlı müdafiəçi bütün 90 dəqiqəni meydançada keçirib. Komandanın əsas heyət üzvlərindən sayılan Krivotsyuk çempionatın geridə qalan 6 turunun hamısında forma geyinib. Bu qarşılaşmaların yalnız birində futbolçumuz fasilədə əvəzlənib.

Hazırda "Daejeon Hana" Cənubi Koreyanın ən yüksək divizionu sayılan K-1 Liqasında 13 xalla 1-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Krivotsyuk 2023-cü ilin fevraldan "Daejeon Hana"da çıxış edir. O, bu müddət ərzində daima milli komandaya çağırılsa da, baş məşqçi Fernandu Santuş bir neçə gün öncə Haiti və Belarusla yoldaşlıq görüşləri zamanı onun xidmətinə ehtiyac duymayıb. Müdafiəçi yığmada son matçını ötən ilin noyabrında səfərdə İsveçə qarşı (0:6) keçirib.