"Biz "Real Madrid" deyilik, "Barselona"yıq".

Offsideplus.az xəbər verir ki, bu sözləri Hansi Flik martın 27-si saat 00:00-da keçiriləcək "Barselona" - "Osasuna" matçından öncə deyib. Kataloniya təmsilçisinin baş məşqçisinə mətbuat konfransında aşağıdakı sual ünvanlanıb: "Real Madrid" matçlar arasında 72 saatdan az vaxt olsa, oynamaqdan imtina edəcəklərini demişdi. Bəs siz necə edəcəksiniz?"

Alman mütəxəssisin cavabı isə belə olub: "Biz "Barsa"yıq, "Real Madrid" yox. "Barselona"lı olduğumuzdan qürur duyuram".

Qeyd edək ki, "katalonlar" martın 30-u saat 18:15-də "Jirona" ilə üz-üzə gələcək. 

Xatırladaq ki, "Barselona" - "Osasuna" görüşü martın 8-də keçirilməli idi. Lakin birinci komandanın həkiminin qəfil vəfatı səbəbindən matç təxirə salınmışdı.