UEFA Rusiyanın beynəlxalq yarışları qayıtması üçün prosesə start verib.

Offsideplus.az xəbər verir ki, bu məlumatı The İndependent yayıb.

İddiaya görə, qitənin ən ali futbol qurumunun rəhbərliyində yer alan bəzi yüksək çinli məmurlar Rusiyaya qarşı sanksiyanın ən qısa zamanda ləğv edilməsinin tərəfdarıdırlar.

The İndependent yazır ki, UEFA-nın daxilində bu məsələ ilə bağlı rəhbərliyə təzyiq günü-gündən artmaqdadır Bildirilir ki, Ukraynaya qarşı aparılan müharibədə atəşkəsə əməl olunacağı təqdirdə, sanksiyaların ləğvi və Rusiyanın beynəlxalq yarışlara qaytarılması mümkün olacaq.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində bu ölkənin komandaları 2022-ci ilin fevralından etibarən bütün beynəlxalq yarışlardan kənarlaşdırılıb.