Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət milli komandası bu gün Avropa çempionatının əsas seçmə mərhələsində mübarizəyə qoşulub.
Offsideplus.az xəbər verir ki, Xorvatiyada təşkil olunan VII seçmə mərhələnin I turunda yığmamız Bosniya və Herseqovina ilə üz-üzə gəlib.
İlqar Aslanovun yetirmələri bu görüşdə uğursuzluğa düçar olublar. Həmvətənlərimiz 2:10 hesabı ilə uduzublar.
Təqvimə əsasən, yığmamız sabah Türkiyə ilə qarşılaşacaq. Martın 29-da isə futzalçılarımız xorvat həmyaşıdları ilə münasibətlərinə aydınlıq gətirəcəklər.
Yalnız qrup qalibi Avropa çempionatının final mərhələsinə yüksələcək.