Bu il aprelin 26-dan mayın 18-dək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilməsi nəzərdə tutulan futbol üzrə Afrika Kuboku ləğv edilə bilər.

Offsideplus.az xəbər verir ki, buna səbəb təşkilatçı ölkə Fil Dişi Sahilinin yarışı keçirməkdən imtina etməsidir.

Belə ki, bu ölkənin Futbol Federasiyasının prezidenti Yasin İdriss yarışın startına bir ay qalmış Afrika Futbol Konfederasiyasına (CAF) rəsmi imtina məktubu göndərib. Məktubda qeyd olunur ki, maliyyə və nəqliyyat məsələləri həll edilmədiyinə görə Afrika Kubokunu qəbul etmək qeyri-mümkündür.

CAF rəhbərliyi çətin vəziyyətdən çıxış yolunu axtarır. Qısa müddət ərzində yeni təşkilatçı ölkə tapılmasa, yarış ya təxirə salınacaq, ya da ləğv olunacaq.