Madrid "Real"ının rəhbərliyi bu günlərdə anlaşdığı Trent Aleksandr-Arnoldla bağlı "Liverpul"a qeyri-adi müraciət ünvanlamaq istəyir.
Offsideplus.az xəbər verir ki, "kral klubu" 26 yaşlı müdafiəçini iyulun 1-dən daha tez Madridə gətirmək niyyətindədir.
Məqsəd Arnoldu komanda ilə birgə ABŞ-da keçiriləcək klublararası dünya çempionatına aparmaqdır. Bu yarış 14 iyun-13 iyul aralığında baş tutacaq.
Futbolçunun "Liverpul"la müqaviləsinin müddəti isə iyunun 30-da sona çatacaq. "Real" rəsmiləri yeni transferi ABŞ-a aparmaq üçün ingilislərlə əlavə razılıq əldə etməlidirlər.
Qeyd edək ki, Madrid təmsilçisi Trent Aleksandr-Arnoldla 5 illik rəsmi müqavilə bağlayacaq.