Fransa Liqa 1-də ən çox məvacibə malik futbolçuların siyahısı açıqlanıb.
Offsideplus.az xəbər verir ki, siyahıya PSJ-nın hücumçusu Usman Dembele başçılıq edir. Onun aylıq maaşı 1,5 milyon avro təşkil edir.
Maraqlıdır ki, L’Equipe qəzetinin tərtib etdiyi siyahının ilk 10 pilləsində ancaq PSJ-nin üzvləri yer alıblar.
Liqa 1-də ən çox maaş alanlar (məbləğ vergi çıxılmamış göstərilib, bonus daxil deyil, avro ilə):
1. Usman Dembele - 1,5 milyon
2. Markinyos - 1,12 milyon
3. Lyuka Ernandes - 1,1 milyon
4-5. Əşrəf Hakimi - 950 min
4-5. Uorren Zair-Emeri - 950 min
6-7. Vitinya - 900 min
6-7. Xviça Kvaratsxeliya - 900 min
8. Canluici Buffon - 849 500
9. Nunu Mendeş - 800 min
10. Presnel Kimpembe - 640 min