Dünən UEFA Millətlər Liqasında keçirilən Almaniya - İtaliya oyununda meydan sahiblərinin futbolçusu Camal Musiala kuryoz vurub.
Offsideplus.az xəbər verir ki, kuryoz qolun vurulmasında ən çox əməyi keçənlərdən biri 15 yaşlı ball-boy Noel Urbanyak olub.
Belə ki, o, Almaniya yığmasının künc zərbəsi cəld topu Coşua Kimmixə verib. Öz növbəsində yarımmüdafiəçi italyanların başının qarışıq olduğunu görərək, cərimə meydançasında Camal Musialaya məhsuldar ötürmə edib.
Oyundan sonra meydan sahibləri Noel Urbanyaka təşəkkür ediblər. Kimmix ball-boya imzalı top bağışlayıb.
Qeyd edək ki, İtaliya yığması oyunun gedişində 0:3 hesabı ilə uduzsa da, geridönüş edərək, matçı bərabərliklə bitirib (3:3).