"Barselona" rəhbərliyi cari mövsüm nadir hallarda meydançaya çıxan Ansu Fatiyə yeni müqavilə təklif etməyə hazırlaşır.
Offsdieplus.az xəbər verir ki, futbolçu ilə yeni şərtlərlə 2025-2030-cu illəri əhatə edəcək 5 illik anlaşma imzalanacağı gözlənilir.
Bu minvalla gənc hücumçuya 2027-ci ilədək verilməli olan məvacib 5 ilə bölünəcək. Fatinin illik maaşı 13 milyon avro təşkil edir. Yeni müqaviləyə əsasən, ona 2030-cu ilədək hər il 5,2 milyon avro ödəniləcək.
Yeri gəlmişkən, Ansu hazırda "Barselona"nın oyunçuları arasında Robert Levandovski və Rafinyadan sonra ən çox maaş alan 3-cü futbolçudur.
Fatiyə təklif olunan yeni müqavilənin şərtləri "Yumtiti sxemi" adlanır. Belə anlaşma 2022-ci ildə "Barselona" ilə Samuel Yumtiti arasında olub.
Qeyd edək ki, Fati 2024/25 mövsümündə Kataloniya klubunda cəmi 8 oyun keçirib.