Fransa milli komandasının heyətində dünya və Avropa çempionu titulunu qazanmış David Trezege klub prezidenti olmaq istəyir.

Offsideplus.az xəbər verir ki, o, Argentinanın "River Pleyt" klubunun ən yüksək rəhbər postuna keçiriləcək seçkilərə qatılmaq niyyətindədir. 

Yeni prezident bu ilin dekabrında müəyyənləşəcək.

"River Pleyt" Trezege üçün doğma klubdur. Sabiq hücumçu 2012-13-cü illərdə sözügedən komandada çıxış edib, 38 oyunda 17 qol vurub.

Trezegenin son iş yeri vaxtilə şərəfini qoruduğu "Yuventus"da olub. O, 2021-ci ildə Turin klubunun idarəçilik sistemindən ayrılıb.