Türkiyə milli komandası və "Yuventus"un futbolçusu Kenan Yıldızla Avropa nəhəngləri maraqlanır. 

Offsideplus.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, gənc ulduz karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Futbol agenti Jorje Mendes türk ulduzun "Mançester Yunayted", "Çelsi" və "Liverpul"un transfer hədəfində olduğunu İtaliya klubuna bildirib. 

Qeyd edək ki, 19 yaşlı hücumçunun "Qoca Sinyora" ilə 2029-cu ilin yayınadək müqaviləsi var. O, cari mövsüm 41 oyuna çıxıb, 6 qol və 4 assistə imza atıb. Kenan 2023-cü ilin noyabrından "Yuventus"un formasını geyinir.